Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Orxan Kərimlinin şəhadətinin ildönümü mərasimi keçirilib

Şəhid Orxan Kərimlinin şəhadətinin ildönümü mərasimi keçirilib

11.10.2021 [14:50]

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalan Kərimli Orxan Akif oğlunun şəhadətinin ildönümü mərasimi keçirilib.

Göyçay rayonunun Potu kəndində keçirilən mərasimə YAP Göyçay rayon təşkilatının rəhbərliyi, Milli Məclisin deputatı Sabir Hacıyev, partiya fəalları, rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət edilərək əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

Daha sonra şəhidin ailəsi ziyarət edilib, ailə üzvlərinə dərin hüznlə başsağlığı verilib.

Həmçinin mərasimə qatılanların iştirakı ilə şəhid Orxan Kərimlinin adının əbədiləşdirilməsi məqsədi ilə yaşadığı evin qarşısında inşa olunan bulaq kompleksinin açılışı olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Cəbrayılın və Kəlbəcərin işğaldan azad olunmasına görə” medalları şəhidin valideynlərinə təqdim edilib.

Paylaş
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31