Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ-da bir gündə iki güclü zəlzələ baş verdi

ABŞ-da bir gündə iki güclü zəlzələ baş verdi

11.10.2021 [15:07]

Oktyabrın 11-də ABŞ-ın Havay və Alyaska ştatlarında güclü zəlzələlər qeydə alınıb. yeniazerbaycan.com-un Türkiyənin  “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə,  əvvəlcə Havay ştatına daxil olan Böyük Adanın Naalehu bölgəsinin yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Araşdırma Mərkəzinin (USGS) məlumatına görə, birinci zəlzələnin episentri Naalehu bölgəsinin təxminən 27 kilometr cənubunda, 35 kilometr dərinlikdə olub. İnsan itkisi qeydə alınmayan zəlzələdən sonra ən böyüyü 4,3 olan bir çox yeraltı təkan da hiss olunub.

Həmin gün ABŞ-ın Alyaska ştatında baş verən zəlzələnin gücü isə 6,5 ​​bal olub. Alyaska yarımadasının şərq sahilində qeydə alınan zəlzələnin episentri 65,5 kilometr dərinlikdə olub.

Qeyd edək ki, hər iki zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib

Paylaş
Baxılıb: 44 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31