Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Samux rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər

YAP Samux rayon təşkilatının nümayəndələri qaziləri ziyarət ediblər

11.10.2021 [15:57]

Yeni Azərbyacan Partiyası (YAP) Samux rayon təşkilatında  torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda qazi adını qazanan Vətən övladları daim diqqətdə saxlanılır. YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə Vətən müharibəsində yaralanmış qazilərimiz ziyarət edilib. Ziyarətdə  YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və təşkilatın  nümayəndələri iştirak ediblər.

Nümayəndələr Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə yaralanmış Samux rayonu Lək kəndindən olan qazilərimiz Vəliyev Kamal Cahangir oğlunu və Abdullayev Fərhad Ruhlan oğlunu ziyarət  ediblər. Qeyd olunub ki, şəhid ailələri və qazilərimiz daima dövlətin diqqət mərkəzindədir.

Keçirilən görüşlərdə qazilərimiz 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, Azərbaycan Ordusunun  düşmən üzərində göstərdiyi misilsiz şücaətdən danışıb, öz döyüş xatirələrini bölüşüblər.

 

Paylaş
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31