Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Nərimanov rayon təşkilatının nümayəndələri şəhid Əhmədağa İskəndərovun ailəsini ziyarət ediblər

YAP Nərimanov rayon təşkilatının nümayəndələri şəhid Əhmədağa İskəndərovun ailəsini ziyarət ediblər

11.10.2021 [16:25]

Yeni Azərbaycan Partiyası (YAP) YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olmuş Əhmədağa İskəndərovun ailəsini ziyarət ediblər.

Təşkilat sədri Samir Vəliyev şəhidin ailə üzvləri ilə görüşdə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Əhmədağa kimi igid əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz qürur hissi doğurduğunu qeyd edib. S.Vəliyev Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin Azərbaycan tarixinin ən şanlı səhifələrindən olduğunu söyləyib, həmçinin, bu qalibiyyətdə əməyi olan şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazilərimizin yanında olduqlarını bildirib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

 

Paylaş:
Baxılıb: 291 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30