Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəmkirdə Gəncə terroru şəhidləri anılıb

Şəmkirdə Gəncə terroru şəhidləri anılıb

11.10.2021 [16:42]

 

Şəmkir rayon İcra Hakimiyyəti və YAP Şəmkir rayon təşkilatının nümayəndələri Gəncə terroru nəticəsində şəhid olmuş Anar Adil oğlu Əliyevin və onun həyat yoldaşı Nurçin Emin qızı Əliyevanın anım günü ilə əlaqədar məzarları ziyarət olunub. Sonra şəhidlərin ailə üzvləri ilə görüş keçirilib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri  Fəxrəddin Vəliyev və təşkilatın fəalları iştirak ediblər.

 

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirib ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinin qələbə ilə başa çatacağına tam əmin idi. Bu əminlik 44 gün davam edən savaşda özünü tamamilə doğrultdu. Azərbaycanın “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı.

 

F.Vəliyev qeyd edib ki, müharibə dövründə döyüşlərin aparıldığı ərazilərdən 60 km  uzaqda yerləşən Gəncə şəhəri bir neçə dəfə hücuma məruz qalmışdı. Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində Gəncə şəhərində 25 dinc sakin həlak olub, 100-dən çox dinc sakin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb,  7 yaşayış binası tamamilə dağılıb, yüzlərlə obyektə ciddi ziyan dəyib. 11 oktyabr 2020-ci il tarixində Ermənistanın daha bir terroru nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsindən olan Anar Adil oğlu Əlyev və onun həyat yoldaşı Nurçin Emin qızı Əliyeva da həyatlarını itiriblər.

Şəhidlərin valideynləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Paylaş
Baxılıb: 41 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31