Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərdoğan-Bayden görüşündə Qarabağla bağlı müzakirə gözlənilir

Ərdoğan-Bayden görüşündə Qarabağla bağlı müzakirə gözlənilir

12.10.2021 [11:22]

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, ABŞ və Türkiyə dövlət başçıları arasında gözlənilən görüş zamanı Qarabağla əlaqədar məsələ də müzakirə ediləcək.

yeniazerbaycan.com Türkiyənin “Milliyet” qəzetinə istinadən  xəbər verir ki, İ.Kalın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Jozef  Baydenlə ikitərəfli görüşdə müzakirə ediləcək məsələlərlə bağlı mühüm açıqlamalar verib.

Sözçünün dediyinə görə, G-20 zirvəsi çərçivəsində C.Baydenlə görüşdə Türkiyə Prezidenti ikitərəfli siyasi və iqtisadi əlaqələr, enerji, təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, ticarət, müdafiə sənayesi ilə yanaşı, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şərqi Aralıq dənizi, habelə digər regional və qlobal problemləri müzakirə etməyi planlaşdırır.

Paylaş
Baxılıb: 31 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31