Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Minaların yaratdığı problemlər və onların aradan qaldırılmasına yönəlik səylər” mövzusunda konfrans keçirilib

“Minaların yaratdığı problemlər və onların aradan qaldırılmasına yönəlik səylər” mövzusunda konfrans keçirilib

12.10.2021 [18:23]

"Azərbaycanın sülh, inkişaf və yenidənqurma istiqamətində irəliləyişində minaların yarada biləcəyi problemlərin aradan qaldırılması" başlıqlı konfrans
oktyabrın 12-də Bakıda keçirilib. Tədbir "LINKS-Avropa" tərəfindən
Qafqaz Siyasi Analiz Mərkəzinin dəstəyi və ANAMA-nın (Azərbaycanın Minalardan
Təmizlənməsi üzrə Dövlət Agentliyi) iştirakı ilə, "Minalarsız Cənubi Qafqaz 2021"-ci il kampaniyası çərçivəsində gerçəkləşdirilib. Konfransın əsas məqsədi minaların yenidənqurma və bərpa işlərinə törətdikləri problemlər, bu məsələdə beynəlxalq və regional fəaliyyətlər istiqamətində müzakirələrin keçirilməsi, birgə fəaliyyət imkanlarının barədə fikir mübadiləsidir.

Konfransın açılış sessiyasında Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Rövşən Rzayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Michalkonun çıxışı oldu, məsələ ilə bağlı təmsil etdikləri müvafiq təşkilatların mövqelərini konfrans iştirakçılarına çatdırdılar.

Tədbirdə çıxış edən Böyük Britaniyanın və Fransanın Azərbaycandakı səfirləri Ceyms Şarp və Zachari Qross məsələnin vacibliyi və bu istiqamətdə Azərbaycanla əməkdaşlıqları, təmsil etdikləri hökumətlərinin Azərbaycandakı fəaliyyəti barədə məlumat verdilər.

Tədbir zamanı “Azərbaycanda mina və partlamamış hərbi sursat probleminin miqyası”na dair ANAMA-nın təqdimatı, daha sonra minaların humanitar fəsadları ilə bağlı məsələlərə dair digər qısa təqdimatların edilməsinin ardınca, Azərbaycanın müvafiq vətəndaş cəmiyyəti təmsilçiləri məsələ ilə bağlı öz fikirlərini səsləndirdilər, beynəlxalq aktorlarla əməkdaşlığa dair təkliflər verib, Azərbaycan ictimaiyyətini maraqlandıran məqamları onların nəzərlərinə çatdırdılar.

Tədbirə rəsmi şəxslər, diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri, Milli Məclisin üzvləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri dəvət ediliblər.

Paylaş
Baxılıb: 57 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31