Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq

Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq

12.10.2021 [18:36]

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru professor Demir Muxetdinovla görüşüb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən yeniazerbaycan.com-a bildiriblər ki, icraçı direktor R.Həsənov qonaqları salamlayaraq onlara Azərbaycandakı multikultural və tolerant mühit, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda ətraflı məlumat verib.

Sonra R.Həsənov qonaqları  BBMM-in fəaliyyəti ilə tanış edib. Söhbət zamanı Mərkəzin xarici ölkələrdə fəaliyyət göstərən 9 nümayəndəliyi, 20-dən çox xarici universitetdə tədris olunan “Azərbaycan multikulturalizmi” fənni, müxtəlif dillərdə hazırlanan nəşrlər və bir çox digər layihələr haqqında məlumat verilib. R.Həsənov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ermənilərin törətdiyi mədəni–mənəvi terror barədə də danışıb.

Görüşə görə minnətdarlığını bildirən Rusiya Federasiyası Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru professor Demir Muxetdinov görüş iştirakçılarına Rusiya müsəlmanlarının salamlarını, İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.

D.Muxetdinov müasir dünyada multikulturalizmin rolu və bu siyasi modelin təbliğinin əhəmiyyətindən danışaraq, Azərbaycanın bu istiqamətdə  həyata keçirdiyi siyasəti xüsusi vurğulayıb. Qonaq BBMM-in bu sahədə fəaliyyətini yüksək qiymətləndirib. O, həmçinin rəhbərlik etdiyi Moskva İslam İnstitutunun, bütövlükdə Rusiya müsəlmanlarının Vətən müharibəsində Azərbaycanın haqq mübarizəsini dəstəklədiklərini, erməni lobbisinin təzyiqlərinə baxmayaraq, Azərbaycana dəstək verdiklərini ifadə edib.

Daha sonra  tərəflər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub və  növbəti illərdə bir çox layihələrdə birgə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. İlk olaraq, Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənninin tədrisi ilə bağlı memorandumun imzalanması haqda razılığa gəlinib.

Sonda R.Həsənov D.Muxetdinova Multikulturalizm Mərkəzinin nəşri olan kitablar hədiyyə edib.

Tədbirdə Rusiya Federasiyasındakı "Mədinə" nəşriyyatının baş redaktor müavini Səfa Kərimov, BBMM-in müşaviri Aytən Qəhrəman, Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Tədris şöbəsinin müdiri İrina Kunina, aparıcı məsləhətçi Billurə Aslanova da iştirak ediblər.

Paylaş
Baxılıb: 56 dəfə

Xəbər lenti

Hamısına bax

Yolumuz mübarək!

28 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31