Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi yad edilib

Ermənistanın Gəncəyə raket hücumu nəticəsində həlak olanların xatirəsi yad edilib

13.10.2021 [11:28]

Məlum olduğu kimi, Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Bu münasibətlə Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının fəalları Ermənistanın törətdiyi Gəncə terrorunun ildönümü ilə əlaqədar Gəncə şəhərini ziyarət ediblər. Tədbir iştirakçıları terror aktları nəticəsində həlak olan mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılan ərazilərə tər çiçəklər düzüblər.

Qeyd edək ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terror hadisələri nəticəsində 26 nəfər həlak olub, 130-a yaxın şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə ziyan dəyib.

 

 

Paylaş
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31