Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İngiltərədə yanacaq çatışmazlığı kritik həddə çatıb

İngiltərədə yanacaq çatışmazlığı kritik həddə çatıb

13.10.2021 [12:39]

Böyük Britaniyanın paytaxtı Londonda və ölkənin cənub-şərq regionlarında yanacaqdoldurma məntəqələrinin 10 faizində hələ də yanacaq çatışmadığı bildirilir. yeniazerbaycan.com Türkiyənin “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İngilis Neft Pərakəndəçilər Cəmiyyəti (PRA) tərəfindən verilən açıqlamada ölkədə yanacağa tələbatın artması və kifayət qədər ağır vasitə sürücüsü olmaması səbəbindən son həftələrdə başlayan yanacaq çatışmazlığının bəzi bölgələrdə hələ də davam etdiyi vurğulanıb.

PRA-nın bəyanatında ölkənin cənub-şərq regionlarında yerləşən yanacaqdoldurma məntəqələrinin 10 faizində və əhalisinin sıxlığının ən yüksək olduğu Londonda yanacağın olmadığı bildirilib. PRA sədri Brian Madderson hazırda anbarlarında yanacaq olmayan yanacaqdoldurma məntəqələrinin böyük əksəriyyətinin nə vaxt yenidən yanacaq tədarük edəcəklərini bilmədiklərini söyləyib.

Paylaş
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

Yoluxma sayı azaldı

25 Oktyabr 16:46

Təbrik!

25 Oktyabr 16:08

Əli Əliyev qaçdı

25 Oktyabr 12:37

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31