Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Nərimanov rayon təşkilatının fəalları şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin xatırəsini anıblar

YAP Nərimanov rayon təşkilatının fəalları şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin xatırəsini anıblar

14.10.2021 [12:13]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının əməkdaşları və fəal gənclər rayonun Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə inşa edilmiş bulaq və lövhələrin ətrafında abadlıq işlərini davam etdirirlər.

yeniazerbaycan.com xəbər verir ki, rayon təşkilatının nümayəndələri tərəfindən şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin yaşamış olduğu məhəllədə  gül kolları və yaşıllıq sahələrinə qulluq göstərilib. Həmçinin, bulaq və xatirə lövhəsinin ətrafında təmizlik işləri aparılıb. Şəhidin  ailə üzvlərinin istəyini nəzərə alaraq yaxın günlərdə onun xatirə abidəsinin ətrafında YAP Nərimanov rayon təşkilatının rəhbərliyi tərəfindən şam ağaclarının əkilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid polkovnik-leytenant Qərib Baxşəliyev "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

 

Paylaş
Baxılıb: 50 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31