Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Vətən müharibəsi şəhidi Goranboyda dəfn edilib

Vətən müharibəsi şəhidi Goranboyda dəfn edilib

14.10.2021 [12:43]

Vətən müharibəsi şəhidi gizir İxtiyar Əliyev dəfn edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhid rayonun Goranlı kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Baş prokurorluq Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçunun kimliyinin müəyyən edilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, şəhidin valideynlərinin istəyi ilə təkrar keçirilən DNT analizlərinin cavablarına əsasən şəhid olan hərbi qulluqçunun İxtiyar Əliyev olduğöu təsdiq edilib.

Qeyd edək ki, 1994-cü il il təvəllüdlü gizir İ.Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda olub. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlər zamanı ondan məlumat alınıb. Həmin gündən sonra yaxınları ondan bixəbər idi. Bir müddət öncə itkin hesab edilən 7 hərbiçilərimizdən birinin nəşi tapılıb. Dünən isə tapılan nəşin İ.Əliyeva məxsus olduğu təsdiqlənib və onun Şəhid olduğu məlum olub.

Mərhum ailəli idi, övladı isə yoxdur.

Paylaş
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31