Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göygöldə Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Göygöldə Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

14.10.2021 [12:47]

Göygöl rayonunda Samir Ramiz oğlu Məmmədovun Vətən müharibəsi zamanı şəhid olmasının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

yeniazerbaycan.com xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak ediblər. 

Qeyd edək ki, şəhid Samir Ramiz oğlu Məmmədov 10 fevral 1986-cı ildə Ermənistanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Göygöl rayonunun Zurnabad kəndinə köçüb. 2004-cü ilin aprel ayından  2005-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən Samir Məmmədov 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi əməliyyatlarda iştirak edən Samir Məmmədov 12 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə Samir Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. 

Paylaş:
Baxılıb: 329 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30