Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / XİN: Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır

XİN: Rusiya Qarabağ üzrə üçtərəfli razılaşmaların sözsüz yerinə yetirilməsinin tərəfdarıdır

14.10.2021 [12:58]

“Rəsmi Moskva Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilmiş üçtərəfli bəyanatın bütün müddəalarına ardıcıl və şərtsiz riayət edilməsinin tərəfdarıdır. Ümid edirik ki, bununla da mürəkkəb ikitərəfli məsələlər də daxil olmaqla, rəsmi Bakı və Yerəvan arasında münasibətlərin normallaşdırılması üçün lazımi şərait yaradılacaq”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik birfinq zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü unikal formatdır: “Bu cür görüşlər konfessiyalararası dialoqun dərinləşdirilməsinə kömək edir. Biz ondan çıxış edirik ki, baş tutmuş bu görüş münasibətlərin normallaşmasına və Cənubi Qafqazda ümumi mühitin yaxşılaşmasına, o cümlədən etimadın möhkəmlənməsinə, humanitar vəzifələrin həllinə və mədəni irs obyektlərinin qorunub saxlanmasına töhfəsini verəcək.

Paylaş
Baxılıb: 51 dəfə

Xəbər lenti

Hamısına bax

31 389 vaksin vurdurdu

20 Oktyabr 16:49

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31