Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan MN: Qanunsuz erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var

Azərbaycan MN: Qanunsuz erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var

14.10.2021 [23:49]

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.

Bu barədə yeniazerbaycan.com Azərbaycan Müdafiə Nazirliyində istinadən bildirir.

“Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. İlkin ehtimala görə atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur”, - məlumatda qeyd olunur.

 Ermənistanın insan haqları üzrə müvəkkili Arman Tatoyan qanunsuz hərbi erməni birləşmələri üzvləri arasında 2 ölü və 6 yaralı olduğunu təsdiq edib. Sputnik-Armenia bildirir ki, bu barədə o öz Facebook səhifəsində yazıb.

Onlardan ikisinin vəziyyəti ağırdir,-deyə Tatoyan qeyd edib.

 

Paylaş
Baxılıb: 67 dəfə

Xəbər lenti

Hamısına bax

QALİB LİDER

16 Oktyabr 10:16

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31