Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb

Azərbaycan və Türkiyə arasında yeni qaz müqaviləsi imzalanıb

15.10.2021 [11:37]

Rəsmi Ankara və Bakı Türkiyəyə əlavə həcmdə qaz tədarük etmək barədə razılığa gəliblər. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə ilə Azərbaycan arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə əlavə 11 milyard kubmetr qaz tədarükü haqqında ticarət müqaviləsi imzalanıb. Bu barədə Türkiyənin Enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz cümə günü məlumat verib.

F.Dönməzin sözlərinə görə, müqavilə 2024-cü ilin sonuna qədər qüvvədə olacaq: “Türkiyə əlavə təbii qaz tədarükünün təmin edilməsi sahəsində əhəmiyyətli irəliləyiş əldə edib. Qış yaxınlaşdıqca təbii qaza artan tələbatı ödəmək üçün müvafiq ölkələrlə danışıqlar yaxşı gedir. Türkiyəyə mavi yanacağın tədarükü artacaq. Azərbaycanla 2024-cü ilə qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə əlavə həcmdə qaz tədarükü haqqında müqavilə imzaladıq, söhbət 11 milyard kubmetrdən gedir".

 

Paylaş
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31