Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Səbail rayon təşkilatının nümayəndələri şəhidin ildönümündə iştirak ediblər

YAP Səbail rayon təşkilatının nümayəndələri şəhidin ildönümündə iştirak ediblər

15.10.2021 [11:42]

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Tağıyev Əli Aydın oğlunun məzarını və ailə üzvlərini ziyarət ediblər.

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Tağıyev Əli Aydın oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Tağıyev 2020-ci il oktyabrın 13-də Xocavənd rayonu, Hadrut qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra Tağıyev Əli Aydın oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Paylaş
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31