Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Hikmət Hacıyev: Suqovuşan və Talış böyük strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Suqovuşan və Talış böyük strateji əhəmiyyət daşıyır

16.10.2021 [12:47]

"Diplomatik korpus nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə yeddinci səfəridir".

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun Suqovuşan və Talışa səfəri ilə bağlı deyib.

Onun sözlərinə görə, bu ərazilər Azərbaycan üçün böyük strateji əhəmiyyət daşıyır.

H.Hacıyev bildirib ki, bu cür səfərlərin məqsədi həm ermənilərin törətdiyi genişmiqyaslı dağıntıları göstərmək, həm də xarici diplimatları sürətlə gedən yenidənqurma işləri ilə yanış etməkdir: "Post münaqişədən sonra yenidənqurma, bərpa, rekonstruksiya sürətlə həyata keçirilir. Bu, unikaldır".

Prezidentin köməkçisi qeyd edib ki, adətən digər dövlətlər münaqişədən çıxan ölkələrə kömək etsə də, Azərbaycan bu işi özü təkbaşına görür və bunu sürətlə hərtərəfli şəkildə həyata keçirir.

O deyib ki, bu ərazilərdə Azərbaycan vətəndaşlarına məxsus əmlak dağıdılıb: "Əsas məqsədimiz bu ərazilərdə həyatı bərpa etmək və vətəndaşların öz evlərinə geri qayıtmasıdır".

H.Hacıyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə də diplomatların Tərtərə səfərləri olub: "Mən bunun üçün təşəkkür edirəm, bu, Azərbaycan xalqı ilə həmrəylik nümunəsi idi".

Paylaş:
Baxılıb: 279 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31