Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / IDEA Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti ilə saziş imzaladı

IDEA Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti ilə saziş imzaladı

17.10.2021 [12:43]

Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin sədri və BMT Ətraf Mühit Proqramının (UNEP) xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaceslav Fetisov arasında görüş keçirilib.

Görüş çərçivəsində IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Niyyət Sazişi imzalanıb.

Saziş ekologiya və dayanıqlı inkişaf sahəsində təhsil və maarifləndirmə, gənclərlə iş və onların ekoloji problemlərin həllinə cəlb edilməsi və digər istiqamətlərdə birgə səy və layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Söhbət zamanı tərəflər təbiətin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə ölkələrimizdə və beynəlxalq səviyyədə birgə təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminlik ifadə ediblər. Həmçinin yaxın vaxtlarda Qlazqo şəhərində keçiriləcək BMT-nin iqlim konfransı ilə bağlı ümid və gözləntilər, eləcə də qlobal istiləşmə ilə mübarizə sahəsində birgə fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31