Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ukraynalı deputatlar Gəncədə: "Bu dəhşətli cinayətdir”

Ukraynalı deputatlar Gəncədə: "Bu dəhşətli cinayətdir”

17.10.2021 [13:17]

“Bu gün biz Gəncəyə gələrək bu dəhşətli cinayətin şahidi olduq. Evlər dağıdılıb, mülki insanlar həlak olub. Bu yolverilməzdir”.

“Report” xəbər verir ki, bu sözləri Gəncəyə səfər edən Ukrayna-Azərbaycan parlamentlərarası həmsədri, deputat Vladimir Kredenko deyib.

“Mülki insanların öldürülməsi, sizə aid olmayan əraziyə iddia etmək yolverilməzdir. İnanırıq ki, mülki insanlar canlarını əbəs yerə fəda etməyiblər", - deyə deputat qeyd edib.

Ukrayna Ali Radasının üzvləri Azərbaycanın kinci böyük şəhərinə səfər edərək, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlar burada dünyasını dəyişmiş sivil insanların ruhuna ehtiram əlaməti olaraq dağıntılar olan əraziyə güllər düzüblər.

Qonaqlara Vətən müharibəsi zamanı ermənilər tərəfindən Gəncə şəhərində törədilən terror hadisələri ilə bağlı məlumatlar verilib.

Paylaş
Baxılıb: 121 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31