Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 28 il sonra Ağdamda atası və bacısının qəbrini ziyarət etdi - FOTO

28 il sonra Ağdamda atası və bacısının qəbrini ziyarət etdi - FOTO

17.10.2021 [14:06]

Xalq artisti Nəzakət Teymurova 28 il sonra Ağdamda dəfn olunan ailə üvlərinin qəbrini ziyarət edib.

Bu haqda sənətçi özü məlumat verib. Atası və bacısının məzarı üstə yollanan ifaçı 28 il əvvəl itirdiyi ailə üzvlərinə görə dərin kədər və hüzün hissi keçirdiyini ifadə edib. Xalq artisti 28 ildir ürəyində böyük ağrı daşıdığını bildirib:

"28 il əvvələ, Ağdamıma qayıtdım. Ailəmizin bütün üzvləri, bacılarım, qardaşlarım cəbhədə vuruşurdular. Evin sonbeşiyi olaraq məni Ağdamdan çıxardılar ki, başımıza nəsə iş gəlsə, ailəmizdən  heç olmasa bir adam sağ qalsın. Sonradan ağrılı-acılı məcburi köçkünlük həyatı başladı. Bu illər ərzində içimdə böyük bir ağrı yaşatdım.

Səhnədə hər ifamda Ağdamdakı evimiz, uşaqlıq xatirələrim, gəncliyim dayanırdı gözlərimin önündə… Bu 28 ildə qəlbim sevinmədi, üzüm gülsə də, ruhum gülmədi. İndi isə gözlərim sevincdən yaşarır, ruhum isə gülür. Artıq Ağdamımdayam. Rəhmətlik atamın, bacımın ruhu şad oldu. Anam illər sonra atamın, bacımın məzarını ziyarət edə bildi. Sözlərlə ifadə edə bilmirəm. Allah bu hissləri bizə yaşadan şəhidlərimizə rəhmət etsin, yaşasın Ali Baş Komandanımız, Azərbaycanın yenilməz ordusu! Artıq oxuduğum hər muğamda, əsərdə nisgili yox edəcəm. Mən, sözün əsl mənasında, xoşbəxtəm".

 

Paylaş
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31