Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi

Prezident: Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi

17.10.2021 [17:09]

Müharibə zamanı Füzulinin azad olunmasının çox böyük əhəmiyyəti var idi, çünki böyük yaşayış məntəqəsi idi. Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi.

yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Füzuli uğrunda çox şiddətli döyüşlər getdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı. Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz”.

Paylaş
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31