Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Cəmil Məmmədlinin məzarı ziyarət olunub

Şəhid Cəmil Məmmədlinin məzarı ziyarət olunub

18.10.2021 [11:15]

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və aparat əməkdaşları Vətən müharibəsi şəhidi Məmnmədli Cəmil Habil oğlunun məzarını və ailə üzvlərini ziyarət ediblər. Şəhidimizin məzarı üzərinə güllər və əklil qoyulub, ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Məmmədli Cəmil Habil oğlu 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Xidmətinin yeni başlamasına baxmayaraq, sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Hadrut uğrunda döyüş zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.
Ölümündən sonra Məmmədli Cəmil Habil oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜŞFİQƏ

Paylaş
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31