Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İstanbulda Türk Şurasının media forumu keçiriləcək

İstanbulda Türk Şurasının media forumu keçiriləcək

18.10.2021 [11:25]

 "Fudamental keçmiş, güclü gələcək" mövzusunda Türk Şurasının media forumu oktyabrın 22-dən 24-dək İstanbulda keçiriləcək. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, tədbirin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forum iştirakçılarına videomüraciəti təqdi ediləcək.

Tədbirdə Türk Şurasına üzv ölkələrin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi ölkə Macarıstanın, habelə Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndələri daxil olmaqla, forumda 350-dən çox təmsilçi iştirak edəcək. Aparıcı media orqanlarının nümayəndələri, alimlər, yüksək vəzifəli məmurlar, tanınmış blogerlər və digərlərinin iştirak edəcəyi forumda kino sənayesi və media sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları, həmçinin KİV-də, o cümlədən sosial şəbəkələrdə dezinformasiyaya qarşı birgə mübarizə imkanları müzakirə olunacaq.

 

Paylaş
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31