Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Göygöldə Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Göygöldə Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

18.10.2021 [12:54]

Göygöl rayonunda Yusubov Sabir Firdovsi oğlunun Vətən müharibəsi zamanı şəhid olmasının ildönümü ilə bağlı anım mərasimi keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.  

Qeyd edək ki, Sabir Firdovsi oğlu Yusubov 6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olub. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçən Sabir Yusubov 27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi əməliyyatlarda iştirak edib. 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olan Sabir Firdovsi oğlu Yusubov Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və ”Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Paylaş:
Baxılıb: 350 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31