Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qazilər Gültəkin Hacıbəylini məhkəməyə verirlər

Qazilər Gültəkin Hacıbəylini məhkəməyə verirlər

18.10.2021 [13:22]

O, Azərbaycanın Qələbəsinə öz dumanlı pəncərəsindən boylanıb

Gültəkin Hacıbəyli məhkəməyə verilməlidir. O, Vətən müharibəsindən öncə xaricdən yayımlanan anti-Azərbaycan YouTube kanallarında  dəfələrlə deyib ki, Azərbaycan Ordusu yararsız silahlarla təmin olunub, orduda başıpozuqluq halları var  - bir qrup qazi və müharibə veteranının  “Yeni Azərbaycan” qəzetinin redaksiyasına ünvanladığı məktubda belə deyilir. Məktub müəllifləri xüsusilə vurğulayırlar ki, G.Hacıbəylinin müharibə şəraitində olan Azərbaycan Ordusunda təchizatın aşağı səviyyədə olduğunu iddia etməsi, silahların yararsız və orduda fərariliyə meyilliliyin olması haqqında dediyi fikirlər birbaşa düşmən tərəfə ötürülmüş informasiya kimi dəyərləndirilməlidır. Və buna görə G.Hacıbəyli hüquqi məsuliyyətə cəlb olunmalıdır.

Gültəkin Hacıbəylinin  Zəfər günündə küçələrə  axışan insanları fərari adlandırması da şikayətçilər tərəfindən hiddətlə qarşılanır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunda fərarilik halları qeydə alınmamış, əksinə kişili-qadınlı hər kəs cəbhəyə can atırdı. “Düşmənin məhvinə yönəldilmiş silah-sursatın hansı birisinin partlamamış, yararsız olduğu “fakt”larını isə G.Hacıbəyli yalnız Azərbaycanı istəməyən qüvvələrin yaydığı sərsəm açıqlamalardan, işbirliyi qurduğu anti-Azərbaycan mərkəzlərdən ala bilərdi”. Müraciət edənlər Şuşanın işğaldan azad edildiyi gün və Zəfər bayramında küçələrə axışan insanların “trol” adlandırmasını isə heç bir çərçivəyə sığmayan, Azərbaycanın haqq işini öz dumanlı pəncərəsindən seyr etməyə vərdiş etmiş G.Hacıbəyliyə heç vaxt bağışlamayacaqlarını yazırlar.

Redaksiyamıza müraciət edən qazilər və müharibə veteranları G.Hacıbəylinin Azərbaycan xalqından, Azərbaycan Ordusundan üzr istəməsini tələb edir, əks təqdirdə məhkəmə instansiyalarına üz tutacaqlarını bildirirlər. 

“Yeni Azərbaycan” qəzeti redaksiyasına ünvanlanmış məktubu imzalayan, heysiyyatına toxunulmuş müharibə iştirakçılarının  reaksiyasına hörmətlə yanaşır.  Məsələnin məhkəmə predmeti olub-olmaması isə xüsusi araşdırma tələb edir. Mövzunu diqqətdə saxlayacağıq.

yeniazerbaycan.com

Paylaş
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31