Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 1 milyon 800 min nəfər sevinəcək

1 milyon 800 min nəfər sevinəcək

18.10.2021 [13:49]

Sahil Babayev: Yeni Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır

Sosial ödənişlərlə bağlı imzalanan növbəti sərəncam Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin davamıdır. Bu Sərəncam ilə növbəti ilin büdcə layihəsində sosial ödənişlərin artırılmasına dair təkliflərin hazırlanması və həmin təkliflərin büdcə layihəsinə əlavə edilməsi tapşırılıb. Sərəncam ümumilikdə 1 milyon 800 min Azərbaycan vətəndaşını əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam barədə danışarkən deyib.

Nazir bildirib ki, onlardan 1 milyon nəfərə yaxın əməkhaqqı alan, təxminən 450 min nəfəri isə sosial müavinət alan vətəndaşlardır: "Sərəncamla, həmçinin tələbələrin də əhatə olunacağı planlaşdırılır. "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam digər geniş sosial islahat paketləri kimi ciddi əhəmiyyətə malikdir. Sərəncamın imzalanmasında məqsəd, xüsusilə həssas qruplarına aid olan vətəndaşların sosial rifahının qorunması, əməkhaqqı, sosial ödənişlər sistemində sosial konsepsiyaya uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır".

Paylaş
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31