Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Nərimanov rayon təşkilatı Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirib

YAP Nərimanov rayon təşkilatı Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirib

20.10.2021 [10:06]

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə təşəbbüsü ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə, Ümumilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev bildirib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdi. SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində isə "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlandı. S.Vəliyev Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə Azərbaycanda hakimiyyətə qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmət göstərməsindən ətraflı bəhs edib.

Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin  cəmi 23 ay yaşadığını və müstəqilliyimizin 1991-ci ilin 18 oktyabr tarixində bərpa edildiyini bildirib. A.Fərzəliyev müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu xatırladıb. O, həmin çətin dövrdə Azərbaycan xalqının tələbi ilə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdığını diqqətə çatdırıb. A.Fərzəliyev Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını vurğulayaraq, Ulu Öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən digər natiqlər də Azərbaycanın müstəqil dövlət kimi qazandığı nailiyyətlərdən bəhs ediblər.

Sonda Odlar Yurdu Universiteti tələbələrinin Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr edilmiş şeirləri, milli ruhda səslənən musiqiləri dinlənilib, Cəfər Cabbarlının “Od gəlini” pyesindən səhnəcik təqdim edilib.

 

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30