Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bir-birini tamamlayan iki tarix...

Bir-birini tamamlayan iki tarix...

20.10.2021 [11:37]

Və ya dövlət müstəqilliyinin bərpasından dövlət sərhədinin bərpasına doğru...

18 oktyabrın dövlət sərhədinin bərpa olunduğu gün kimi tarixə düşməsi müstəqilliyin zirvə hadisələrindən biridir

Müstəqillik hər bir xalqın milli sərvətidir. Müasir dövrdə isə müstəqillik anlayışı fərqli məzmun daşıyır. Burada əsas məqam formal müstəqilliyə malik olmaq deyil, müstəqil siyasət həyata keçirmək və suverenliyi təmin etməkdir. Suverenlik isə milli maraqların qorunmasında öz əksini tapır.

18 oktyabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyi elan olunsa da, ilk vaxtlarda müstəqil siyasət həyata keçirilə, yaxud siyasi iradə ifadə edilə bilməyib. Yəni suverenliyi təmin etmək mümkün olmayıb. Yalnız Ümummilli Lider Heydər Əliyevin müstəqil siyasət həyata keçirməsi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində suveren aktorlar sırasına qoşula, milli maraqların etibarlı müdafiə mexanizmini yarada bilib.  Ötən müddət ərzində Azərbaycan yüksəlişini davam etdirərək müstəqilliyin zirvəsinə çata bilib. Ən əsas məqam isə respublikanın milli gücünün davamlı olaraq artması və nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunmasıdır.

Burada həm də rəmzi məna daşıyan çox mühüm bir məqama xüsusi diqqət yetirmək lazımdır. 18 oktyabr 2020-ci il tarixində Xudafərin qəsəbəsinin azad edilməsi, Azərbaycan əsgərinin Xudafərin körpüsünə çıxaraq üçrəngli bayrağımızı dalğalandırması ilə bir-birini tamamlayan iki tarix siyasi təqvimə yazılıb. Vətən sərhəddən başlayır və dövlət sərhədinin bərpası ərazi bütövlüyünün qorunması kimi suverenliyin göstəricisidir. Bir sözlə, 18 oktyabrın dövlət sərhədinin bərpa olunduğu gün kimi tarixə düşməsi müstəqilliyin zirvə hadisələrindən biridir.

Prezident İlham Əliyev Xudafərin körpüsünün Azərbaycanın milli sərvəti olduğunu vurğulayıb. Ölkəmizin ərazi bütövlüyünün, dövlət sərhədinin bərpası fonunda müstəqillik və suverenlik də xalqımızın milli sərvəti - milli gücünün ifadəsidir!

Nurlan QƏLƏNDƏRLİ 

Paylaş
Baxılıb: 237 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31