Qarabağda Zəfər turniri keçiriləcək
20.10.2021 [12:31]
Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində olmalıdır
Azərbaycan gənclərində vətənpərvərlik hisslərinin tərbiyəsi və onların milli mənlik şüurunun inkişaf etdirilməsi daim dövlətimizin diqqət mərkəzindədir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsi olaraq son illərdə bu istiqamətdə müxtəlif qərarlar qəbul edilib, müvafiq dövlət proqramları əsasında genişmiqyaslı işlər görülüb. Təsadüfi deyil ki, milli ruhda tərbiyə alan vətənpərvər Azərbaycan gəncləri Vətən müharibəsi zamanı döyüş meydanında əzmkarlıq, cəsarət və qəhrəmanlıq nümayiş etdiriblər. Eyni zamanda, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yürüdülən siyasət yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə bağlı yetişməsini, o cümlədən sağlam və intellektual inkişafını şərtləndirir.
Ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı bizimlə fikirlərini bölüşən Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) karate üzrə yığma komandasının baş məşqçi, Azərbaycan Milli Karate Federasiyasının Qarabağ bölgəsi üzrə nümayəndəsi, Əməkdar məşqçi Əbülfət Qarayev deyib ki, bu prosesdə müvafiq təlim və təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlərin, reallaşdırılan layihələrin əhəmiyyəti çox böyükdür: “Sözsüz ki, gənclərimizin milli-mənəvi dəyərlər əsasında və vətənpərvərlik ruhunda tərbiyəsi daim diqqət mərkəzində olmalıdır. Çünki həm vətənpərvər, həm də milli ruhda tərbiyə almış gənc nəslin təkcə döyüş meydanında deyil, ölkəmizin əldə etdiyi bir çox uğurlarda da xüsusi əməyi var. Bu baxımdan, “Təhsil” RİM-in tabeliyində olan məktəblərin əsas fəaliyyət istiqamətləri uşaq, yeniyetmə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və sağlam inkişafı, onların gələcəkdə peşəkar idmançılar kimi yetişdirilməsidir. Ona görə də bu istiqamətdə qarşıda çox mühüm vəzifələr durur. Bizim məktəblərin yetirmələrinin sağlam gənclər olaraq cəmiyyətimizə mühüm töhfə verməsi ilə yanaşı, onların ölkəmizin şərəfini dünya arenalarında qoruması üçün milli yığma komandaya idmançıların hazırlanması əsas hədəflərimiz sırasındadır”.
Gənclərin maarifləndirilməsi və vətəpərvərlik ruhunda tərbiyəsi istiqamətində gördükləri işlərdən bəhs edən Əməkdar məşqçi deyib ki, xüsusi proqramlar əsasında fəaliyyət göstərirlər: “Uşaq və gənclərimizlə dərslərdən sonra məşğul olduğumuz üçün onlara vətənpərvərlik hissinin aşılanması yönündə də əlavə fürsət və imkanlarımız olur. Buna görə də idmana meyilli olan şagirdləri asudə vaxtlarından səmərəli istifadə etməklə həm gələcəyimiz üçün sağlam, vətənpərvər gənclər kimi yetişir, həm də tüfeyli həyatdan, zərərli və təhlükəli vərdişlərdən uzaq olurlar. Ona görə ki, bizim müəllimlər məşqlər zamanı, digər tədbirlərdə müntəzəm olaraq nəzəri məşğələlər keçirir, onları ölkəmizdə, habelə dünyada baş verən hadisələr və idman yenilikləri ilə bağlı məlumatlandırır. Eyni zamanda, uşaq və gəncləri düzgün istiqamətləndirmək üçün müvafiq söhbətlər aparırıq”.
İndiyə qədər əldə etdikləri uğurlardan da bəhs edən Ə.Qarayev deyib ki, hər il məktəblilər arasında keçirilən beynəlxalq yarış, turnir və olimpiadalarda iştirak etmək əsas hədəflərdəndir: “Mərkəzin tabeliyində olan ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinə uşaq və gənclər öz istəklərinə uyğun olaraq müxtəlif idman növləri üzrə qəbul edilir. Respublika çempionatları, ölkədaxili yarışların keçirilməsində və bu tədbirlərdə idmançıların iştirakında xüsusi fəaliyyəti ilə seçilən Mərkəz əldə edilən nəticələr əsasında özünün yığma komandalarını formalaşdırır. Bu günə qədər iştirak etdiymiz bir çox beynəlxalq turnirlərdə idmançılarımız yüksək nəticələr əldə ediblər. Ən yaxşı nəticəmiz isə 2019-cu ildə keçirilən Dünya Məktəblilərinin Oyunlarında olub. Belə ki, həmin yarışda 6 idmançı ilə qatıldığmız yarışda bütün iştirakçılar yüksək nəticə (5 qızıl, 1 gümüş) göstəriblər. Bu, bizim üçün ən yüksək uğur olub. Cari ilin sentyabrın 11-19-da Serbiyanın paytaxtı Belqradda Beynəlxalq Məktəb İdmanı Federasiyasının təşkilatçılığı ilə Dünya Məktəblilərinin İdman Oyunlarında isə idmançılarımız mühüm uğur qazanıblar. 8 idmançı ilə təmsil olunan karate bölməmiz 1 qızıl, 3 gümüş, 3 bürünclə ölkəmizə qayıdıblar. Beynəlxalq dərəcəli hakim Vüqar Kərimov da həmin yarışda ölkəmizi layiqincə təmsil edib. Bu nəticələr onu göstərir ki, bizim əsas götürdüyümüz istiqamət düzgündür. Ona görə ki, yetişdirdiyimiz yeniyetmə və gənclərimizin vətənpərvərliyi yüksəkdir, onlar ölkəmizi layiqincə təmsil etməyi bacarırlar. Gələcəkdə də yaxşı nəticələr əldə edərək ölkəmizin şərəfini xarici ölkələrdə qorumaq, dövlətimizin bayrağını dünya arenalarında tez-tez dalğalandırmaq əsas məqsəddir. Buna görə də 2023-cü ildə Çin Xalq Respublikasında keçirilməsi planlaşdırılan məktəblilərin olimpiadasına böyük heyətlə hazırlaşırıq. Həmin yarışda da ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq. Bu məqamda onu da xatırladım ki, ilin sonuna qədər Qarabağda Zəfər turniri keçirilməsini planlaşdırırıq. Qarabağ bölgəsi üzrə nümayəndə kimi bu məsələ ilə bağlı Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və yerli idman idarələrinin rəhbərləri ilə danışıqlar aparıram”.
“Yeri gəlmişkən, dövlətimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi yüksək diqqətin daha bir nümunəsi Azərbaycan Prezidenti, Ali Baş Komandanın işğaldan azad edilmiş rayonlara səfərləri zamanı rayon ictimaiyyətini təmsil edənlər arasında gənclərin, o cümlədən gənclərin fiziki sağlamlığı, vətənpərvərlik tərbiyəsi ilə məşğul olan təmsilçilərin iştirak etməsidir. Oktyabrın 9-da Hadrut qəsəbəsində cənab Prezidentin Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Milli Qəhrəman İbad Hüseynovla yanaşı, rayonu təmsil edən gənclərin, o cümlədən yüksək bal toplayan tələbənin, vətənpərvər idmançı gənclər yetişdirən şəxs kimi mənim iştirakım buna misal ola bilər. Qarabağın xilaskarı, Ali Baş Komandanımızla səmimi və mehriban şəraitdə keçən görüşümüz mühüm tarixi əhəmiyyət daşıyan önəmli hadisə idi. Dövlət başçısı, həmçinin bizi Tuğ kəndinə baş çəkməyə dəvət etdi. Orada erməni vandalizminin, tarixi abidələrə, o cümlədən qədim alban məbədlərinə qarşı törədilən vəhşiliyin şahid olduq. Mənim bu tarixi görüşə dəvət olunmağım həm özüm üçün, həm də tələbələrimiz üçün qürurverici idi. Eyni zamanda, 12 yaşımda tərk etdiyim Xocavənd rayonuna 30 ildən sonra qayıtmaq mənim üçün böyük xoşbəxtlik idi. Bu şəraiti yaratdığına görə ilk növbədə, Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirir, bu tədbirin təşkilində əməyi keçən hər kəsə, o cümlədən Xocavənd rayonunun rəhbərliyinə təşəkkürümü çatdırıram”, - deyə Ə.Qarayev bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27