Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xorvatiya şirkətləri Qarabağa gələcək

Xorvatiya şirkətləri Qarabağa gələcək

20.10.2021 [13:02]

Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması müzakirə edilib.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Qrliç ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial mövcuddur:

“Bu gün keçirilən görüşdə işğaldan azad edilən ərazilərdə bərpa işlərində Xorvatiya şirkətlərinin cəlb olunması ətrafında fikir mübadiləsi aparıldı. Xorvatiya tərəfi bununla bağlı bir sıra təkliflərini artıq Azərbaycanın müvafiq qurumlarına təqdim edib”.

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31