Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naftalanda şəhidin anım mərasimi keçirilib

Naftalanda şəhidin anım mərasimi keçirilib

20.10.2021 [16:51]

Oktyabrın 20-də 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri –Elyəddin Cəfərovun Naftalan şəhərində anım mərasimi keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Anar Məmmədov, Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Naftalan şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Hatəm Qocayev, təşkilatın fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin doğmaları və ictimaiyyət iştirak ediblər.

Şəhid Elyəddin Cəfərovun məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən şəhid Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Paylaş
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31