Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək verməyə hazırdır

ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək verməyə hazırdır

20.10.2021 [18:05]

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Bu barədə yeniazerbaycan.com-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

K.Donfrid Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı, həmçinin regiondakı münaqişə sonrası vəziyyət müzakirə edilib.

Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması ilə bağlı mövqeyimizi Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırıb. Öz növbəsində Karen Donfrid iki ölkə arasında münasibətlərinin normallaşdırılmasının vacib olduğunu və ABŞ-ın bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
Baxılıb: 282 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31