Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kiçik və orta sahibkarlığın inkişafı: Real vəziyyət və perspektivlər

Kiçik və orta sahibkarlığın inkişafı: Real vəziyyət və perspektivlər

22.10.2021 [10:10]

Azərbaycanın qısa müstəqillik tarixində qazandığı mühüm uğurlardan biri liberal iqtisadiyyata uğurlu transformasiyanın təmin edilməsi ilə bağlıdır. Xüsusilə son 18 ildə respublikamızda güclü sahibkarlar ordusu formalaşıb. Qürurverici haldır ki, milli şirkətlərimiz sənayedə və kənd təsərrüfatında müxtəlif layihələrə böyük həcmlərdə investisiyalar yönəldərək ölkə üzrə ümumi daxili məhsulun formalaşmasına özlərinin sanballı töhfələrini verirlər. Hazırda ölkəmizdə ÜDM istehsalında özəl bölmənin xüsusi çəkisi 80 faizədək artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Eyni zamanda,  sahibkarlıq subyektlərinin ölkə vətəndaşlarının əmək bazarına inteqrasiyasının genişlənməsində də rolu əhəmiyyətli dərəcədə artıb.

Güclü sahibkarlar ordusunun formalaşması aparılan məqsədyönlü dövlət siyasətini əks etdirir

Respublikamızda qısa müddətdə güclü milli sahibkarlar ordusunun formalaşması aparılan məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməklə özəl sektorun qeyri-neft iqtisadiyyatının drayverinə çevrilməsini hədəfləyən siyasət həyata keçirir. Prezident İlham Əliyev həmişə sahibkarların yanında olduğunu dəfələrlə bəyan edib. Dövlət başçımızın belə qətiyyətli mövqeyinə uyğun olaraq ölkəmizdə özəl sektor həm siyasi, həm də maddi cəhətdən güclü şəkildə dəstəklənir. Son illərdə dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan islahatların böyük qismi sosial-iqtisadi məzmunludur. Həyata keçirilən islahatlar sayəsində ölkəmizdə şəffaflıq artıb, ixracın və investisiyaların səmərəli təşviq mexanizmləri işə salınıb, vergitutma bazasının genişləndirilməsi yolu ilə vergi yükü azaldılıb, daxili istehsalın dəstəklənməsinə hədəflənən çoxsaylı tədbirlər görülüb ki, bütün bunlar da sahibkarların marağında olan məsələlərdir.

Eyni zamanda, aparılan islahatlar çərçivəsində ölkəmizdə kiçik və orta biznesin inkişafı təşviq edilir, sahibkarlıq subyektlərinin maliyə mənbələrinə çıxış imkanları daha da genişləndirilir. Məsələn, son vaxtlardagüzəştli kreditlərin əldə edilməsi və digər maliyyə dəstəyi mexanizmlərindən istifadə ilə bağlı prosedurlar sadələşdirilib. Belə ki, sənədlər üzrə tələblər azaldılıb, 200 min manatadək kredit müraciətləri üzrə biznes plan tələbi ləğv edilib, ilkin monitorinqin keçirilməsi tələbi 20 min manatdan 50 min manata qaldırılıb. Kredit almaq üçün tələb olunan sənədlərin sayının azaldılması barədə də qərar qəbul edilib. Digər mühüm dəyişiklik sənədlərin notarial təsdiqininaradan qaldırılması ilə bağlıdır.

Bütün bu kimi islahat tədbirləri ölkə üzrə sahibkarlıq mühitinin daha da optimallaşmasına müsbət təsir göstərir. İnsanlar sərbəst şəkildə maraq göstərdikləri sahələrdə biznes fəaliyyətinə başlayırlar və yaxud mövcud sahibkarlıq subyektlərini daha da genişləndirirlər.

Ölkədə sahibkarlıq mühitinin daha da optimallaşdırılmasında KOB evləri unikal platformadır

Respublikamızda sahibkarlara dəstək mexanizmləri də getdikcə təkmilləşdirilir və bu zaman daha çevik, sahibkara daha əlçatan olan strukturların formalaşdırılmasına üstünlük verilir. “Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımdan KOB evləri unikal modellərdəndir. Sahibkarlar üçün dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətlərinin vahid məkanda göstərildiyi KOB evləri hazırda Xaçmaz və Yevlax şəhərlərində fəaliyyət göstərir”. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun KİV-ə açıqlamasında bildirib.

Qeyd edək ki, respublikamızda KOB-ların yaradılması yeni ideyadır. KOBİA-nın strukturuna daxil olan KOB evlərində sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət xidmətləri, eləcə də özəl sektor tərəfindən bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətləri göstərilir. Ümumiyyətlə, KOB evlərinin hər birində sahibkarlara 20-yə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox “G2B” və “B2B” xidmətləri göstərilir. 2021-ci ilin yanvar-sentyabr aylarında Xaçmaz və Yevlax KOB evlərində dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərdən 29500-ə yaxın sahibkar istifadə edib. Sahibkarların KOB evlərində göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Hazırda ölkə üzrə KOB evləri şəbəkəsinin genişləndirlməsi istiqamətində intensiv iş aparılır.

Yeni strateji mərhələdə kiçik və orta biznesin daha dinamik inkişafı hədəflənib

Ölkəmiz 2030-cu ildək olan dövrü əhatə edən yeni strateji mərhələyə daxil olub. Bu mərhələdə respublikamızda kiçik və orta biznesin daha dinamik inkişafı hədəflənib. Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması hədəflənib.  Burada, həmçinin özəl sektorun perspektiv inkişafını özündə ehtiva edən bir sıra müddəlar öz əksini tapıb.

Bu günlərdə isə Prezident İlham Əliyev “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. Sənədə əsasən müvafiq qurumların birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb. Yeni strukturun formalaşdırlması iqtisadiyyatın qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin yüksəldilməsi, əlaqələndirmənin gücləndirilməsi, bu sahədə şəffaflığın və sahibkar məmnunluğunun daha da artırılması məqsədi daşıyır.

Mübariz ABDULLAYEV

 

 

Paylaş:
Baxılıb: 612 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30