Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Məktəblər yenidən bağlanacaqmı? - RƏSMİ CAVAB

Məktəblər yenidən bağlanacaqmı? - RƏSMİ CAVAB

22.10.2021 [12:15]

Hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.

Trend-in məlumatına görə, bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə yaydığı məlumatda əks olunub.

Bildirilib ki, ənənəvi tədrisin davamlı olmasını təmin etmək üçün sosial məsafəni gözləmək, sanitar-gigiyena qaydalarına əməl etmək önəmlidir. Növbəti həftələrdə də yoluxma halları baş verdikdə siniflərin, daha kütləvi yoluxma olduğu təqdirdə isə məktəblərin distant təhsilə keçirilməsi prosesi davam etdiriləcək və bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31