Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Milli Qəhrəman Şükür Həmidovun anim günü qeyd edilib

Milli Qəhrəman Şükür Həmidovun anim günü qeyd edilib

22.10.2021 [16:44]

Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovun anim günü qeyd edilib. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Ceyhun Məmmədov, Hicran Hüseynova, Tahir Mirkişili, eləcə də, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Əvvəlcə Milli Qəhrəmanın II Fəxri Xiyabandakı məzarı ziyarət edilib, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Milli Qəhrəman Şükür Həmidovun döyüş yolu haqda fikirlərini bölüşüb. 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmiş Ş.Həmidovun 44 günlük Vətən müharibəsi zamanı da düşmənə qarşı xüsusi rəşadətlə döyüşdüyü vurğulanıb. Qeyd olunub ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda canından keçmiş insanları heç bir zaman unutmayacaq, onların əziz xatirəsini hər zaman minnətdarlıqla yad edəcək. Tədbirdə o da bildirilib ki, Vətən müharibəsində şəhid olan hərbçilərimizin ailələrinin sosial problemləri hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.

Çıxış edən digər natiqlər də Milli Qəhrəman Şükür Həmidovla bağlı fikirlərini və xatirələrini bölüşüblər. Şəhid atası Nəriman Həmidov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Paylaş
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31