Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Özbəkistan Xəzər dənizinə çıxışı olan nəqliyyat habına çevrilmək arzusundadir

Özbəkistan Xəzər dənizinə çıxışı olan nəqliyyat habına çevrilmək arzusundadir

23.10.2021 [17:20]

"Özbəkistan Mərkəzi Asiya regionunun gələcəyini Xəzər dənizinə də çıxışı olan və bütün istiqamətlər üzrə inkişaf etmiş nəqliyyat qovşağı kimi görür".

Bu barədə Özbəkistanın xarici işlər nazirinin müavini Furkat Siddikov Daşkənddə keçirilən “Mərkəzi Asiyada mehriban qonşuluq münasibətlərinin qurulması: Özbəkistanın praqmatik xarici siyasəti” adlı konfransda bildirib.

“İstəyirik ki, regionumuz Xəzər dənizinə də çıxışı olan nəqliyyat habına çevrilsin”, - F.Siddikov deyib.

Özbəkistanın regiondakı qonşuları ilə münasibətlərinə toxunan nazir müavini onları köklü şəkildə dəyişərək, yeni səviyyəyə çatdırıldığını deyib. Eyni zamanda, Mərkəzi Asiyanın bütün regional ölkələri ilə münasibətlər strateji səviyyəyə çatdırılıb, - deyə o qeyd edib.

"Əfqanıstan ilə münasibətlər də daxil olmaqla, bu vəzifələrin öhdəsindən gəlmək tələb olunur. Əfqanıstandakı yeni vəziyyətlə əlaqədar olaraq, region ölkələri qarşısında yeni vəzifələr və çağırışlar durur. ", - Siddikov qeyd edib.

Nəzirə Nurullayeva, Daşkənd

Paylaş
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31