Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Özbəkistanda prezident seçkiləri – “Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Daşkənddən yazır...

Özbəkistanda prezident seçkiləri – “Yeni Azərbaycan” qəzetinin baş redaktor müavini Daşkənddən yazır...

24.10.2021 [12:24]

Özbəkistanda prezident seçkiləri keçirilir.

Prezident postu uğrunda mübarizəyə Özbəkistan Liberal-Demokrat Partiyasından indiki Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekoloji Partiyadan Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova qatılıblar.

Ölkənin Seçki Məcəlləsinə əsasən, seçki prosesi 20:00-dək davam edəcək. Özbəkistan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, seçki siyahılarına səs hüququ olan 19, 86 milyon seçicinin adı salınıb. Ölkədə 14 dairə seçki komissiyası, 10 760 seçki məntəqəsi fəaliyyət göstərir.

Seçkiləri izləmək üçün 960 çox müşahidəçi akkreditasiya olunub.

Seçkilərin baş tutması üçün səs verənlər ümumi seçici sayının azı 33%-ni təşkil etməlidir.

Şavkat Mirziyeyev yerli vaxtla saat 10 radələrində (09:00) Daşkənddə 59-cu seçki məntəqəsində səs verib.

Nəzirə Nurullayeva, Daşkənd

 

 


Paylaş
Baxılıb: 192 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31