Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / TBMM-in deputatı: “Qarabağ müharibəsində Türkiyə-Azərbaycan həmrəyliyi türk dünyasına yayıldı”

TBMM-in deputatı: “Qarabağ müharibəsində Türkiyə-Azərbaycan həmrəyliyi türk dünyasına yayıldı”

24.10.2021 [12:32]

Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik Qarabağ müharibəsindən sonra bütün türk dünyasında, bu coğrafi məkanda əks olundu və bu bizim üçün çox önəmlidir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktorunun Daşkəndə ezam olunmuş müavini xəbər verir ki, bu barədə prezident seçkilərini müşahidə edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Qardaşlığın, birlikdə olmağın nə qədər önəmli olması Qarabağ müharibəsində nümayiş etdirildi, - deyə bildirən deputat, bu coğrafi məkanda da mühüm hadisələr olacaq, - əlavə edib.

Özbəkistanda seçkiləri beynəlxalq statusda müşahidə etdiyini bildirən Şamil Ayrım bu barədə öz təəssüratlarını da bölüşüb:

“Özbəkistanda çox böyük dəyişikliklər görürəm. Bunlar önəmli dəyişikliklərdir. Özbəkistanın Türkiyə ilə əlaqələri əhəmiyyətlidir”.

O həmçinin qeyd edib ki, son illər Özbəkistanın türkdilli ölkələrlə əlaqələri inkişaf edib.

Onun sözlərinə görə, Özbəkistan türk dünyası üçün önəmli mərkəzlərdəndir.

Şamil Ayrım seçici aktivliyinin yüksək olduğunu da bildirib: “Bəzi seçki məntəqələrində seçici fəallığının 90 faizə çatacağı bildirilir. Önəmli olan seçki prosesinin şəffaf keçirilməsidir, seçicilərin dinc şəraitdə səs vermələridir. Belə davam etsə, seçkilərin nəticəsi yaxşı olacaq. Seçkilərin özbək xalqı üçün faydalı olmasını arzulayıram”.

Nəzirə Nurullayeva, Daşkənd

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31