Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Şəhid Murad Məmmədovun anım günü qeyd edilib

Şəhid Murad Məmmədovun anım günü qeyd edilib

25.10.2021 [11:36]

Nərimanov rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş Məmmədov Murad İlham oğlunun anım günü qeyd olunub.

YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev və təşkilatın əməkdaşları şəhid Murad Məmmədovun şəhadətinin ildönümü ilə əlaqədar onun ailə üzvlərini ziyarət edərək əziz xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.

Təşkilat sədri Samir Vəliyev şəhidin ailə üzvləri ilə görüşdə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən söhbət açıb. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda Murad kimi igidlərimizin müharibə müddətində düşmənə əsl qəhrəmanlıq dərsi keçməklə möhtəşəm Zəfər qazanmasını vurğulayıb və nəticədə qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verdiyini və bunun hər birimizdə sonsuz qürur hissi doğurduğunu qeyd edib.

Ailənin qayğıları ilə maraqlanan təşkilat sədri Samir Vəliyev bu qalibiyyətdə əməyi olan şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edib, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman şəhid və qazilərimizin yanında olduqlarını söyləyib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Paylaş
Baxılıb: 108 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31