Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Samuxda şəhid Ruslan Əsədovun ildönümü qeyd olunub

Samuxda şəhid Ruslan Əsədovun ildönümü qeyd olunub

25.10.2021 [11:59]

Vətən müharibəsində qəhrəmanlıq göstərərək tarix yazan şəhidlərimizdən Əsədov Ruslan Rövşən oğlunun doğulduğu Samux rayonu İnstitut qəsəbəsində ildönümü qeyd olunub. Anım mərasimində  Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov, şəhidin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidimizin məzarı ziyarət olunub, məzarı üstünə gül-çiçək dəstələri düzülərək əziz xatirəsi böyük ehtiramla yad edilib, şəhidimizin ruhuna dualar oxunub.

Mərasim zamanı şəhidimizin keçdiyi qəhrəmanlıq yolundan, döyüşlər zamanı göstərdiyi şücaətdən danışılıb. Qeyd olunub ki, daima Vətəninə bağlı olan Ruslan Əsədov bir çox çətin döyüşlərdə iştirak edib, torpaqlarımızın azadlığı uğrunda ağır əməliyyatlardan uğurla çıxıb.

Ölümündən sonra Ruslan Əsədov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31