Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Əliyev qaçdı

Əli Əliyev qaçdı

25.10.2021 [12:37]

”yeniazerbaycan.com” Real.Tv-yə istinadən xəbər verir ki, Əli Əliyev sosial şəbəkələrdə çıxışları zamanı hakim Yeni Azərbaycan Partiyasının nümayəndələrinin onunla debata çıxmaqdan imtina etdiklərini iddia edib, lakin məsələ ciddiləşəndə həqiqətin rəngi dəyişib.

Belə ki, hakim partiyanın üzvü, deputat Hikmət Babaoğlu onu debata dəvət etsə də, Əli Əliyev imtina edib.Onun bu addımı debatdan imtina yox, sadəcə qaçışdır. Özünü siyasi partiya  rəhbəri adlandıran şəxs  bu fikri hətta populizm xətrinə belə demiş olsa da, ən azından sözünün arxasında durmalıydı.

Yaratdığı partiyası 15 il ərzində bir addım irəli, üç addım geri atıb, neçə üzvü olduğu bəlli deyil, adı var, fəaliyyəti görünmür. Özü isə partiya sədrindən çox həvəskar ekspertlərdən belə qat-qat aşağı səviyyədə çıxışlar edən Əli Əliyevin bu hərəkəti bu günə qədər söylədiyi əlli (bəlkə də min bir...) yalandan biri oldu. Bu yalanlar  isə artıq başqa bir mövzudur.

Əli Əliyevin özünü debat aşiqi kimi bəyan edib, YAP nümayəndələrini debata çağırıb, sonra fikrinin arxasında durmaması isə, ən yumşaq dillə desək, “Qurban əli bəy strategiyası”dır.

yeniazerbaycan.com

Paylaş
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31