Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzər rayonunda şəhid İbrahim Əliyevin xatirəsi anılıb

Xəzər rayonunda şəhid İbrahim Əliyevin xatirəsi anılıb

25.10.2021 [14:29]

Xəzər rayonunda Vətən müharibəsi şəhidi Əliyev İbrahim Nəcəfqulu oğlunun doğum günü uyuduğu məzarı önündə qeyd olunub.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Rauf Əliyev, qəsəbə sakinləri şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək Azərbaycan Ordusunun qüdrətindən, vətən oğullarının döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirələrini daim uca tutmağın vacibliyini söyləyib, onların məzarlarının ziyarət məkanımıza çevrildiyini bildirib.

Milli Məclisin deputatı Rauf Əliyev də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımızın sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdiyini vurğulayıb.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Paylaş
Baxılıb: 103 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31