Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Uçan taksilər” dövrü artıq reallaşır

“Uçan taksilər” dövrü artıq reallaşır

25.10.2021 [17:20]

Böyük Britaniyanın “Vertical Aerospace” aviasiya şirkəti “Virgin Atlantic” və Hitrou hava limanı ilə 4 il ərzində “uçan taksiləri” istifadəyə verməyi planlaşdırdığını açıqlayıb. yeniazerbaycan.com-un Türkiyənin “Milliyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, elektrikli hava taksiləri ilk növbədə Londonun Hitrou hava limanından ölkənin cənub şəhərlərinə uçacaq. Bildirilir ki, 4 nəfərlik “uçan taksilər” ilk növbədə Londondan ölkənin Oksford, Bristol və digər şəhərlərinə sərnişin daşıyacaq.

Belə ki, Britaniyanın "Daily Mail" qəzeti Bristolda yerləşən "Vertical Aerospace" şirkətinin 2025-ci ilə qədər ilk hava taksi uçuşlarına başlamaq üçün “Virgin Atlantic” və Hitrou ilə əməkdaşlıq sazişi imzaladığını yazıb. Layihədə bildirilir ki, sərnişinlər üçün “uçan taksi”dən istifadə etmək ənənəvi taksi və ya “Uber” nəqliyyat şəbəkəsi xidməti ilə müqayisədə daha ucuz başa gələcək. Bundan əlavə, elektrikli “uçan taksilər”də ekoloji cəhətdən təmiz texnologiya tətbiq edilir.

Qeyd edək ki, “uçan taksilər”in hava limanlarından, qatar stansiyalarından və ofis binalarının damlarında olan “vertiport”lardan enib qalxacağı açıqlanıb.

Onu da xatırladaq ki, “uçan taksi” avtomobildən 3 dəfə, qatardan isə 5 dəfə sürətlidir.

Paylaş:
Baxılıb: 258 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Xarici siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Xəbər lenti

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

04 Oktyabr 10:30

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

03 Oktyabr 12:33

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31