Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Suraxanıda şəhidin adına bulaq-xatirə kompleksi açılıb

Suraxanıda şəhidin adına bulaq-xatirə kompleksi açılıb

26.10.2021 [12:31]

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində Vətən müharibəsi şəhidi Fərhad Məhərrəm oğlu Babayevin adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş bulaq-xatirə kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı (YAP) rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova və Etibar Əliyev, şəhidin doğmaları, şəhid ailələri, qazilər, qəsəbə sakinləri və mətbuat nümayəndələri iştirak etmişlər.

Daha sonra Suraxanı RİH-in başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev və digərləri şəhid Fərhad Babayevin ailəsinin qayğıları ilə maraqlanmışlar.

Qeyd edək ki, şəhid Fərhad Məhərrəm oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Sonda şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Paylaş
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30