Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli aeroportunu açdılar - YENİLƏNİB

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli aeroportunu açdılar - YENİLƏNİB

26.10.2021 [13:16]

13.48

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunub. 

yeniazerbaycan.com-un xəbərinə görə, rəmzi açarı dövlət başçılarına "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov təqdim edib.

***

Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

***

13.35

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

yeniazerbaycan.com AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

 ***

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.

yeniazerbaycan.com AZTV-yə istinadən xəbər verir ki, Türkiyə Prezidentinin təyyarəsi Füzuli aeroportuna eniş edib.

Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Prezidenti Vətən müharibəsi nəticəsində azad edilmiş Füzuli rayonunda inşası qısa müddət ərzində başa çatmış beynəlxalq hava limanının açılışında, avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək "ağıllı aqropark"ın təməlqoyma mərasimində iştirak edəcək. Səfər çərçivəsində keçirilən görüşlər zamanı Türkiyə-Azərbaycan münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı addımlar müzakirə olunacaq. Səfər zamanı, həmçinin ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi də nəzərdə tutulur.

Paylaş
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30