Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Suraxanıda şəhid Cavid Cabarzadənin xatirəsi yad edilib

Suraxanıda şəhid Cavid Cabarzadənin xatirəsi yad edilib

27.10.2021 [11:38]

Suraxanı rayonunda Vətən müharibəsi şəhidiCavid Qorxmaz oğlu Cabarzadə şəhadətinin ildönümündə yad edilib. Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova və Etibar Əliyev, şəhidin doğmaları, şəhid ailələri, qazilər, rayon sakinləri mərasimdə iştirak etmişlər.

Öncə şəhid Cavid Cabarzadənin II Fəxri xiyabanındakı məzarı ziyarət edilib. Daha sonra Suraxanı RİH-nin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Afət Həsənova, Etibar Əliyev və digərləri Cavid Cabarzadənin ailəsinin qayğıları ilə maraqlanmışlar.

Sonda göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, şəhid Cavid Qorxmaz oğlu Cabarzadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və  “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Paylaş
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31