Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Merkel vəzifəsində qalacaq

Merkel vəzifəsində qalacaq

27.10.2021 [12:16]

Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer səlahiyyət müddəti başa çatan Federal Kansler Angela Merkeldən yeni hökumət qurulana qədər vəzifəsində qalmasını istəyib. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, 26 sentyabr 2021-ci il seçkilərindən sonra keçirilən parlamentin ilk iclasında Federal Kansler Angela Merkelə və digər hökumət üzvlərinə səlahiyyət müddətinin rəsmən başa çatdığına dair arayışlar verilib. Lakin həmin iclasdakı çıxışında Prezident Frank-Valter Ştaynmayer çətin dövrlərlə müşayiət olunan 16 illik hakimiyyətində gördüyü işlərə görə A.Merkelə təşəkkür edib. Onun sözlərinə görə, ölkəyə rəhbərlik etdiyi on altı il ərzində ciddi böhranlar yaşansa da, A.Merkel fəaliyyəti ilə Avropada və dünyada böyük hörmət qazanıb.

Xatırladaq ki, Bundestaqın iclasından sonra baş nazirin və digər federal nazirlərin səlahiyyət müddəti rəsmən başa çatır. Bununla belə, Prezident konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq, ölkədə yeni hökumət formalaşana qədər köhnə hökumətin vəzifəsini icra etməsini tövsiyə edə bilər.

 

Paylaş
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31