Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İkinci 11 sentyabr xəbərdarlığı: Pentaqon tarix verdi!

İkinci 11 sentyabr xəbərdarlığı: Pentaqon tarix verdi!

27.10.2021 [15:37]

Pentaqonun yüksəkrütbəli rəsmisi ABŞ ərazisində mümkün terror aktı ilə bağlı həyəcan doğuran açıqlamalar verib. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, ABŞ rəsmisi İŞİD-in (DEAŞ) “Xorasan qruplaşması” (DEAŞ-H) və “Əl-Qaidə”nin belə bir hadisəni törətmək qabiliyyətinə nə vaxt çatacağını açıqlayıb.

“New York Post” qəzetində yer alan xəbərə görə, ABŞ Müdafiə Nazirliyinin yüksəksəviyyəli rəsmisi Kolin Kahl amerikalı deputatlarla görüşündə təşkilatın tezliklə ABŞ-a hücum etmək gücünə çata biləcəyini vurğulayıb. Belə ki, Pentaqon rəsmisi təşkilatın 6-12 ay ərzində belə bir güc əldə edə biləcəyi ehtimalını deputatlarla paylaşıb.

Pentaqon rəsmisinin söylədiyi bu pessimist proqnoz ABŞ ictimaiyyətinin “İkinci 11 sentyabr” vahiməsinə qapılmasına səbəb olub.

Paylaş
Baxılıb: 102 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31