Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Samuxda şəhidin ildönümü qeyd edilib

Samuxda şəhidin ildönümü qeyd edilib

27.10.2021 [15:43]

Samux rayonunun Qovlarsarı  kəndində anadan olan qəhrəman şəhidimiz Elməddin Namazov Nəsib oğlunun  ildönümü qeyd edilib. İldönümü mərasimində  Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Mərasimdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən hərbi əməliyyatlarda Elməddinin timsalında neçə-neçə igidimizin qarşıya qoyulan döyüş tapşırıqlarını şərəflə yerinə yetirərək əsl qəhrəmanlıq nümunələri sərgilədiyi bildirilib.

Ölümündən sonra Elməddin Namazov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”,”Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Paylaş
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31